Maide.az

İsveçdə təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

İsveçin Erebru şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində onun göyərtədəki doqquz nəfərin hamısı ölüb.   Maide.Az APA-a istinadla  xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti yazıb.   Bildirilir ki, hadisəyə səbəb təyyarədə yaranmış texniki nasazlıq olub. Təyyarə paraşütdən tullanmaq üçün istifadə edilirmiş.