İsveçdə üzərində məscid şəkili olan yeni poçt markası çap olunub
İsveçdə üzərində məscid şəkili olan yeni poçxt markası çap olunub. Maide.Az xəbər verir ki, İsveç Poçt Xidmətinin verdiyi məlumata görə, təşkilat internet səhifəsində yayımladığı açıqlamada beş yeni poçt markanın çap olunduğunu elan edib. Poçt markaları üzərində dünyanın məşhur yazıçısı və rəssamı Lars Lerinin çəkdiyi beş şəkil istifadə olunub. Satışa çıxarılan poçt markaları arasında Lerinin 2009-cu ildə çəkdiyi və 370 min krona (37 min avro) satılan məscid şəkilidə yer alıb. Digər dörd poçt markasındakı şəkillər İsveçin müxtəlif yerlərinin əhatə edir.