Maide.az

İsveçdə müqəddəs Quranın tərcümələri pulsuz paylanılıb

  Beynəlxalq "Elm və mədəniyyət" assosiasiyası müxtəlif dillərdə tərcümə olunmuş Quranı mühacirlər arasında pulsuz paylayıb.   Maide.Az xəbər verir ki, "Al-Aluka" telekanalının yaydığı məlumata görə, beynəlxalq assosiasiyası şəhərin böyük meydanında müxtəlif dillərdə tərcümə olunmuş dini kitablar və Quran-Kərim paylayıblar. Layihə "Allahın elçisi Məhəmməd" adı altında həyata keçirilib.   Təşkilat bundan sonra da bu cür fəaliyyətlərini davam etdirəcəyini bildirib.   Quranın paylanması 4 saat davam edib. Kampaniyanın məqsədi İslamla bağlı mənfi təsəvvürləri aradan aparmaq və müsəlmanları İslam maarifi ilə tanış etmək olub. /