Maide.az

Suyun gözlənilməz anomal xüsusiyyətləri tapıldı

İsveçrənin Bazel universitetinin alimləri suyun gözlənilməz anomal xüsusiyyətlərini aşkar ediblər. Məlum olub ki, onun bir malekulu ( para-izamerlər) digərlərinə (orto-izomerlər) nisbətən daha tez kimyəvi reaksiyaya girir. Məqalə “Nature Communications” jurnalında dərc edilib.   Bununla bağlı “Science Alert” nəşri məlumat yayıb.   Suyun molekulları iki formada olur: orto və para. Onlar bir-birindən nüvə spinlərinə görə fərqlənir. O-sularda onlar eynidir, p-sularda isə bu sıfıra bərabərdir.   Spinlər təcrid olunmuş molekullarda dəyişə bilməz. Onlar digər molekullarla toqquşmalar və kimyəvi reaksiyalar zamanı da özünü qoruyur.   Ancaq hələ də spinlərin o- və r-suların müxtəlif kimyəvi xassələrini müəyyən etmək qabiliyyətinə malik olduğu aydınlaşdırmaq mümkün olmayıb.   Təhqiqatçılar kalsium və diazenium ionlarının plazma-tozlu kristallarının köməyi ilə ion tələsi yaradıblar və suyun müxtəlif formaları ilə reaksiyasını izləyiblər.   Para-izomerlər özünün dipol anları sayəsində elektrostatik sahəyə daha yaxşı meyl ediblər. Bu isə alimlərə suyun formalarının bir-birindən fərqləndirilməsinə imkan verib.   Məlum olub ki, para-suların molekullarının fırlanma simmetriya onları orta-sulara nisbətən 23 faiz daha reaktiv edib.   Buna görə, çoxatomlu molekulun ionlarla kimyəvi reaksiyaya girməsi fırlanma simmetriyasından asılıdır. (Oxu.az)