Suriya üzrə danışıqlar aprelin 11-də bərpa ediləcək
Suriya üzrə danışıqların növbəti raundu aprelin 11-də Cenevrədə keçiriləcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixayil Boqdanov bəyan edib. “Aprelin 13-də Suriyada seçkilər keçiriləcək. Seçkilərdə iştirak edən bir neçə nümayəndə heyətinin üzvü aprelin 14-də Cenevrəyə gələcək. Bilavasitə danışıqlar isə artıq aprelin 11-də başlayacaq”, deyə M.Boqdanov bildirib. Qeyd edək ki, bundan əvvəl BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqların növbəti raundunun aprelin 9-da başlanacağını bildirmişdi. /