Maide.az

Suriyaya atılan 103 raketdən 71-i köhnə sovet sistemləri tərəfindən dəf edilib!

  Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz “Feysbuk” səhifəsində ABŞ, İngiltərə və Fransanın ötən gecə Suriyaya hücumu barəsində fikirlərini paylaşıb.    Maide.Az "Hurriyyet"-ə isitnadən xəbər verir ki, Paylaşmada yazılıb: “Suriya. 103 raketdən 71-i dəf edilərək vurulub. Üstəlik, Suriyadakı Hava Hücumundan Müdafiə Sistemləri yalnız sovetlərin köhnə S-200 raketləridir. Deyəsən, bir nəfər də olsun, suriyakı hərbçi və ya dinc vətəndaş zərər çəkməyib.   Raket hücumu ABŞ-ın və onun müttəfiqlərinin azacıq müasir rəqiblə mübarizədə hərbi zəifliyini göstərdi. Bunun nəticəsi ABŞ-ın Suriyada irimiqyaslı aqressiyası yox, ABŞ-ın Suriyadan gedişi olacaqdır. Raket zərbəsi yeni müharibənin başlanğıcı yox, Suriyadan evlərinə gedən yankilərin qapını arxalarınca çırparaq vidalaşmasıdır”.