Suriya və Livan sərhəddində partlayış, 7 nəfər həlak olub
Suriya və Livan sərhhədinə yaxın bölgədə avtomobilin partladılması nəticəsində 3 Suriya ordusunun əsgəri və 4 dinc sakin həlak olub. Maide.az xəbər verir ki, partlayış şənbə günü Qənitrənin şimalında Yəfur bölgəsində baş verib. Digər tərəfdən Suriya ordusu ilə təkfirçi silahlı qruplaşmalar arasında baş verən atışmalar Daranın ətrafında davam edib. Hizbullah və Suriya ordusunun qüvvələri Hələbin cənubunda terrorçu qruplaşmlarla atışmada onlarla terrorçunu məhv ediblər./