Maide.az

Suriya İsrailin hərbi təyyarəsini vurub

Suriyanın Hava Hücumundan Müdafiə sistemi cümə axşamı Dəməşqin cənubunda yerləşən Əl-Kisva yaşayış məntəqəsi üzərində hücum edən İsrailin hərbi təyyarəsini və hədəfə yönəlmiş 4 raketini vurub.   Maide.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ərəb ölkəsinin təhlükəsizlik orqanlarındakı mənbə deyib.   "Bizim Hava Hücumundan Müdafiə sistemlərimiz İsrailin təyyarəsi və dörd raketini hədəfə çatmamış vurub", - deyə mənbə bildirib.   O qeyd edib ki, beləliklə Əl-Kisva rayonunda hədəflərə yönəlmiş bütün raketlər vurulmuş olub.   Bundan əvvəl Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib.