Suriya Rəqqa ərazisində 40-dan çox neft qurğusunu öz nəzarətinə alıb
Suriya Rəqqa ərazisində 40-dan çox neft qurğusunu öz nəzarətinə alıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə əyalətdə neft hasilatının bərpasına məsul olan mühəndis neftçi Əli İbraim bildirib. O, əlavə edib ki, ərazi minalardan təmizləndikdən sonra Hama şəhərinə bərpa üçün göndəriləcək və iyulun sonunda neft «nöqtələrinin» əksəriyyəti öz işini bərpa edəcək. Əli İbrahim onu da vurğulayıb ki, terrorçular geri çəkilərkən qurğuların əksəriyyətini partladıb. Qeyd edək ki, iyulun başlanğıcından bəri Dəməşqin Dabsan, Daylaa, əl-Ramilən, Tbisan, As-Saura və Vəhab neft rayonları hökumətin nəzarətinə keçib.