Maide.az

Suriya ordusu terrorçulara silah daşınan şəhərin nəzarətini ələ keçirib

Maide.az xəbər verir ki, Suriya ordusu dünən terrorçulara qarşı geniş əməliyyat keçirib. Əməliyyatın nəticəsi olaraq Cisr əl-Şuğur şəhərinə çıxan bütün yollar nəzarət altına alınıb.   Hərbi mənbə Suriyanın rəsmi xəbər agentliyi SANA-ya deyib ki, ordu qüvvələri Cisr əl-Şuğurun ətrafında terrorçu qrupları mühasirəyə alaraq, milli xəstəxananın müdafiə qüvvələrinin köməyi ilə bu xəstəxana ətrafında onlarla terrorçunu öldürüblər.   Xatırladaq ki, Cisr əl-Şuğur Türkiyədən terrorçulara yardım üzrə əsas istiqamət sayılır.