Maide.az

Suriya ordusu Palmiranı azad edib

Suriya ordusu Palmira şəhərini tamamilə azad edib. Maide.az xəbər verir ki, bu barədə  Əl-Mayadin məlumat verib.    "Ordu ağır gecə döyüşlərindən sonra Palmiranın həm qədim hissəsini, həm də yaşayış rayonlarını tam olaraq nəzarət altına alıb", — deyə mənbə bildirib.   Qeyd edək ki, martın 25-də Suriya ordusu İŞİD terrorçularını sıxışdıraraq Palmir şəhəri yaxınlığındakı hava bazasını nəzarətə götürmüşdü.   Xatırladaq ki, paytaxt Dəməşqdən 215 km məsafədə yerləşən Palmir Yunesko-NUN Ümumdunya İrsi siyahısında yer alıb. Şəhər 2015-ci ilin mayından İŞİD-in nəzarətinə keçmişdi. Terrorçular şəhərdəki tarixi abidələrin əksəriyyətini məhv edib./