Maide.az

Suriya ordusu İŞİD-in “Hərbi naziri”ni məhv edib

Suriya ordusu İŞİD-in "hərbi naziri" Əbu Musab əl-Məsrini Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürüb.    Maide.İnfo Presstv-yə istinaədn xəbər verir ki, əməliyyat zamanı həmçinin İŞİD terrorçularının Sifyan Muhamməd Abuş və Əbu Əhməd Əl-Kəfir Əl-İbaci adlı komandirlərindən ikisi öldürülüb.    Suriya ordusu bu əməliyyat zamanı 19 tank, bomba yüklü 11 avtomobil və 9 silah-sursat anbarını partladıb.    Suriya ordusu Hələbin şərqində bir neçə kəndi terrorçulardan təmizləyib. Eləcə də bir hərbi bazanı terrorçuların əlindən alıb. /