Maide.az

Suriyanın hərbi bazasının bombalanması nəticəsində 40 nəfər şəhid olub -FOTO

Suriyada Bəşər Əsədə sadiq hərbçilərin silahlılarının yerləşdiyi hərbi bazanın raket atəşinə tutulması nəticəsində 40 nəfər şəhid olub, 60 nəfər yaralanıb.   Maide.Az “Haberler”ə isitinadən xəbər verir ki, aprelin 29-da gecə saatlarında Həma və Hələb yaxınlığında  Suriya ordusunun mövqeləri  raket atəşinə tutulub.    Raket zərbələrinin Həma vilayətində yerləşən Suriya ordusunun 42-ci briqadası ərazisində yerləşən silah anbarına endirildiyi qeyd edilir.   Məlumata görə,  endirilən raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.   Şəhid olan şəxslərdən 18 nəfərinin İranlı hərbiçi olduğu  bildirilir.     Raket zərbələrinin işğalçı İsrail rejimi tərəfindən atıldığı bildirilir.  Xatırladaq ki, İsrail rejimi mütəmadi olaraq Suriya hava məkanını pozaraq bu ölkəyə zərbələr endirir.