Suriyanın 90 faizi azad olunub: Terrorçular Pakistana qaçır
Suriya ərazisinin 90 faizi terror təşkilatlarından təmizlənib. Bu barədə MDB dövlətlərinin anti-terror mərkəzinin rəhbəri general polkovnik Andrey Novikov bəyan edib. “Hərbçilərin hesablamalarına görə, Suriya Ərəb Respublikasının ərazisinin 90 faizi terror qruplaşmalarından azad edilib ki, bu da müsbət nəticədir”, - deyə, o bildirib. Qeyd edək ki, Suriyada hərbi münaqişə 2011-ci ilin martından davam edir. Böhranın həlli ilə əlaqədar Astana və Cenevrədə mütəmadi olaraq danışıqlar keçirilir. İŞİD terror təşkilatının üzvləri evlərinə Türkiyə, Balkan dövləti və Şərqi Avropadan, həmçinin İsveçrədən qayıdırlar, - deyə Novikov bildirib. Bundan başqa Novikov bəyan edib ki, İŞİD terrorçuları Suriyadakı məğlubiyyətləri ilə əlaqədar Pakistanın Vəziristan əyalətinə qaçırlar. Generalın sözlərinə görə, bu onu göstərir ki, terrorçular nəinki hərbi döyüşlərin taktikasını, həmçinin gələcək fəaliyyətlərinin coğrafiyasını da dəyişirlər. Yeri gəlmişkən qeyd edək ki, Rusiya XİN rəhbəri Vaşinqtonu terrorçuları «pis» və «qismən pis»ə bölməkdə ittiham edib. Serqey Lavrov ABŞ və müttəfiqlərini rusiyalı hərbçilərə qarşı ölümcül təhlükəli provokasiyalarda ittiham edib. Moskva ABŞ-ın dəstəklədiyi silahlı dəstələr, amerika xüsusi təyinatlıları və İŞİD terror təşkilatının şübhəli dostluqlarından şikayət edərək, Vaşinqtonu Suriya ordusuna mane olmaqda ittiham edib. «Suriyada ABŞ hərbi qurumlarına çoxlu suallar var», - deyə Lavrov «Əş-Şark Əl-Ausat» ərəb qəzetinə mühasibəsində deyib. «Gah «təsadüfən» Suriya Silahlı Qüvvələrinin mövqelərini vururlar, sonra isə İŞİD-çilər hücuma keçirlər, gah digər terrorçulara strateji vacib məntəqələri öyrədir, gah da bizim hərbçilərə qarşı ölümcül təhlükəli provokasiyalar hazırlayırlar», - deyə o, bəyan edib. Lavrovun müavini Serqey Ryabkov ötən həftə bəyan etmişdi ki, rusiyalı general leytenant Valeki Asapovun ölümü Amerikanın Suriyada ikiüzlü siyasətinin nəticəsidir.(faktxeber)