Maide.az

Suriya üçün 16-cı Astana danışıqları başladı

 Türkiyə, Rusiya və İran heyətləri Suriyaya dair 16-cı Astana danışıqları üçün Qazaxıstanın paytaxtı Nur Sultanda bir araya gəlib.    Danışıqlar ikitərəfli və üçtərəfli texniki görüşlərlə başlayıb.   BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Qeyr Pedersenin də iştirak etdiyi danışıqlarda İraq, İordaniya və Livan müşahidəçi statusu ilə iştirak edir.   Suriya ilə bağlı Astana danışıqları 2017-ci ildə Suriya böhranına həll yolu gətirmək üçün İran, Rusiya və Türkiyənin zəmanəti altında başladılmışdı. /Eastnews/