Maide.az

Suriya işğalçı İsrail rejiminin 2 təyyarəsini vurub - YENİLƏNİB

Suriya Ordu Komandanlığı elan edib ki, işğalçı İsrail rejiminin təyyarəsini vurub.    Maide.Az  xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi elan edib ki, Suriya Ordu Komandanlığı bildirib ki, işğalçı rejimin 4 qırıcısı Suriyanın hava sərhəddini pozaraq Palmira yaxınlığında ölkənin hərbi bazalarından birinə hücum edib.    Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri işğalçı İsrailin iki təyyarəsini vuraraq məhv edib.    Suriya KİV-ləri bundan öncə xəbər vermişdi ki, bu gün gecə saatlarıda Suriyadakı hədəflərə hücum edən İsrail rejiminin qırıcıları zenit-raket kompleksi tərəfindən atəşə tutulub.   Həmçinin sionist İsrail ordusunun sözçüsü elan edib ki, ötən 6 il ərzində bu ilk dəfə idi ki, Suriya Ordusu zenit-raket kompleksi ilə atəş açıb. İşğalçı rejim hələlik qırıcı təyyarələrinin vurulmasına münasibət bildirməyib. /