Maide.az

Suriyada üzərində Bəşər Əsədin şəkli olan əskinaslar dövriyyəyə buraxılıb

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.   Maide.İnfo xəbər verir ki, Əsədin təsviri 2 min Suriya lirəsi (təqribən 4 ABŞ dolları) üzərində öz əksini tapıb.   Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əskinas çoxdan çap olunub, lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.   Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.