Maide.az

`Suriyada sionizmə qarşı savaşırıq`

Dəməşq şəhərində "Qüds Mədəniyyət Günü" ilə bağlı tədbir keçirilib.   Maide.Az "Rasthaber"ə istinadən xəbər verir ki, tədbirdə Suriya prezidentinin müşaviri Buseynə Şaban ölkədəki son vəziyyət barədə məlumat verib.   O qeyd edib ki, Türkiyə və Amerika qüvvələri terrorçuların alternativini formalaşdırmaq üçün Suriyanın şimalına giriblər:   "Türkiyənin Suriya torpaqlarına təcavüzü Suriya sərhədlərində qanunsuz güc təşkil etməyə çalışan Amerikanın qərarının tamamlayıcısıdır", - deyə B.Şaban vurğulayıb.   O, sözlərinə əlavə edib ki, sionizmin kökü terrorizmlə eynidir və Suriyada terrorçulara qarşı edilən mübarizə, əslində sionizmə qarşı aparılır.