Maide.az

Suriyada silahı yerə qoyan yaşayış məntəqələrinin sayı açıqlandı

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı məlumat yayıb.   Suriyada barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı sutka ərzində artaraq 1018-ə çatıb. Bu haqda məlumatı Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən bülletenində verilib.   "Sutka ərzində Lazkiyyə (2), Dəməşq (1), Həma (2) və Homs (1) əyalətlərində yerləşən 6 yaşayış məntəqəsinin nümayəndələri ilə barışıq haqda saziş imzalanıb. Beləliklə, barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı artaraq 1018-ə çatıb.", - deyə bülletendə deyilir.   Atəşkəs rejiminin şərtlərini qəbul edərək ona əməl edən silahlı qruplaşmaların sayı isə 88-dir. (İslamazeri.az) /