Suriyadakı müharibəni bu 5 ölkə bitirə bilər
Birləşmiş Millətlər Təşkilatının Suriya xüsusi nümayəndəsi Staffan de Mistura Suriyada problemin həlli üçün Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və ABŞ-ın razılığının şərt olduğunu deyib. Maide.az xəbər verir ki, Suriyada həll yoluna çatmağın qeyri-mümkün bir missiya kimi göründüyünü, lakin dərhal əldə edilməyəcəyini bildirən Staffan, Avropa Birliyindən Hələbdə münaqişələrin dondurulması planına dəstək istəyib.