Maide.az

Suriyada böyük kütləvi məzarlıq aşkar edildi

Suriyada “İslam dövləti” terror qruplaşmasının əsirlərinə məxsus 70 meyitin olduğu böyük kütləvi məzarlıq aşkar edilib. Bu barədə “Sinxua” məlumat yayıb.    Məzarlıq Deyr əl-Zur şəhəri yaxınlığında tapılıb. Bununla yanaşı, əksər meyitlər yaraqlılarla mübarizə aparan Şuaitat qəbiləsinin sakinlərinə məxsusdur.    Əksər meyitlərin üzərində güllə izlərinin olduğu, bəzi meyitlərin isə başsız aşkar olunduğu bildirilir.