Maide.az

Suriyada BMT-nin peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb

Suriyada BMT-nin təşəbbüsü ilə keçirilən peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb.   İTAR–TASS xəbər verir ki, hadisə İdlib vilayətinin şimal-qərbində, müxalifətin nəzarətində olan ərazidə baş verib.   Vaksinin Türkiyədə istehsal olunduğunu deyən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri rəsmi Dəməşqin Ümumdünya Səhiyyə Təşkilatından insidenti araşdırmağı tələb etdiyini bildirib.   BMT-nin mətbuat xidməti katibinin müavini Fərhan Haq isə BMT Uşaq Fondu (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin (WHO) İdlib əyalətindəki hadisədən şoka düşdüyünü bildirib. F. Haq UNİCEF-in peyvənddən sonra yalnız 15 uşağın ölümünü təsdiqlədiyini qeyd edib.   BMT rəsmisi məsələnin araşdırılacağını vurğulayıb.   Qeyd edək ki, bir neçə gün öncə İdlib vilayətində qızılca əleyhinə peyvəndləmə aksiyası keçirilib.