Maide.az

Suriyada ABŞ və İsrail bayraqları yandırıldı

Suriyanın Homs şəhərində ABŞ əleyhinə aksiya baş verib.   Homs şəhərinin Şəhidlər meydanı adlanan bölgəsinə toplaşan suriyalılar ölkəyə qarşı tətbiq olunan son sanksiyalara etiraz ediblər.   Aksiyada çıxış edənlər ABŞ sanksiyalarının birbaşa xalqa qarşı yönəldiyini və ABŞ-ın Suriyanın düşməni olduğunu vurğulayıblar.   Bundan əlavə, baş tutan etiraz aksiyasında ABŞ və İsrail rejimi bayraqları da yandırılıb. /eastnews/