Maide.az

Suriyada ABŞ hərbçiləri öldürüldü

Suriyanın Hasekə şəhərində ABŞ hərbçilərinə hücum edilib.    Bu barədə yerli mənbələr məlumat yayıblar.    Məlumatda vurğulanır ki, Hasekə şəhərində neft yataqları ətrafında baş verən partlayış nəticəsində azı 4 ABŞ hərbçisi öldürülüb.   Bundan əlavə 3 ABŞ hərbçisinin də yaralandığı qeyd olunur.   ABŞ Müdafiə Nazirliyi isə yaydığı açıqlamada partlayışın baş vermədiyini iddia edib.  Qeyd edək ki, ABŞ terrorla mübarizə bəhanəsi ilə 2014-cü ilin avqustundan 2019-cu ilin dekabrına qədər İraq və Suriyada təşkil etdiyi hava hücumunda 1370 dinc vətəndaşı öldürüb. /eastnews.org/