Maide.az

Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı aksiya keçirildi

Suriyanın Hasəkə vilayətinin əş-Şədadi şəhəri və ətrafında yaşayan vətəndaşlar ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri" (SDQ) qruplaşmasının əməllərinə etiraz olaraq aksiya keçirib. Maide.Az "eastnews"-a istinadla xəbər verir ki, etiraza səbəb SDQ-nin açdığı atəş nəticəsində mülki vətəndaşın ölməsi, çətin həyat şəraiti olub. Etirazçılar adıçəkilən qüvvələrin əş-Şədadi və ətraf ərazilərindən çıxmasını tələb ediblər. Onlar yolları bağlayıb və təkərlər yandırıblar. ABŞ-ın dəstəklədiyi SDQ qüvvələrinin etirazçıları dağıtmaq üçün və nəzarəti ələ almaq üçün güclərini səfərbər etdiyi bildirilir.