Suriya: Son bir həftədə Hamada 2200 terrorçu öldürülüb
Son bir həftə ərzində Suriyanın Hama şəhərində ordu qüvvələri ilə təkfirçi terrorçular arasında baş verən gərgin müharibədə 2200 terrorçu öldürülüb. Maide.Az “Sana” xəbər agentliyinə istinadən xəbər verir ki, artıq altı gündür ki, Hama bölgəsində genişmiqyaslı əməliyyat keçirilir. Fəthuş-Şam" - keçmiş adı ilə “Nusra Cəbhəsi” terror qruplaşmasının mövqeləri ordu qüvvələri tərəfindən bombalanır. Məlumata görə, Ordu qüvvələri Hamanın ətrafında artıq bir neçə bölgəni terrorçuların işğalından azad edib. Əməliyyat Rusiyanın hərbi hava qüvvələrinin dəstəyi ilə həyata keçirilir. 2011-ci ildən bəzi Qərb və Ərəb ölkələrinin dəstəyi ilə terrorçular Suriyanın bir sıra ərazisini işğal edib. Bu müharibədə indiyədək 470 min nəfər həyatını itirib. Suriyanın 23 milyon nəfərlik əhalisinin yarısından çoxu evlərindən didərgin düşüb. /