Maide.az

Suraxanı rayonunda xəstəxana yanıb, həkimlər və xəstələr...

Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxana binasının damında başlayan yanğın bir neçə palataya da keçib.   APA-nın xəbərinə görə, əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.   Xəstəxananın tibbi personalı və xəstələr yanğın ehtimalı olan palatalardan təxliyyə edilib. Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.   İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.   Faktla bağlı araşdırma aparılır.