Maide.az

Super kubok “Fenerbahçe”nin oldu

Ötən gecə Türkiyə superkubokunun oyunu keçirilib. Həlledici oyunda iki əzəli rəqib son Türkiyə çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib.   Manisada keçirilən oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab açılmayıb. Penaltilər seriyasında "Fənərbaxça" 3:2 qalib gələrək superkuboka sahib çıxıb.   Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.   Türkiyə superkuboku   22:30. "Fənərbaxça" - "Qalatasaray" - 0:0 (Penaltilər seriyası - 3:2) Mustafa Kamil Abitoğlu Manisa. 19 may stadionu   Penaltini dəqiq vuranlar: Olcan Adin ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbaxça"), Raul Meyreleş ("Fənərbaxça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbaxça")   Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbaxça"), Yekta Kurtuluş ("Qalatasaray")