Maide.az

Sumqayıtın içməli su təchizatı məhdudlaşdırılır

Sabah Sumqayıtda içməli suyun verilməsi məhdudlaşdırılacaq.   “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.   Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. (apa) /