Maide.az

Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.   “Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.