Maide.az

Sumqayıtda torpaq uçqunu olub, 1 nəfər ölüb

Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.   "Maide.Az" bildirir ki, "Report"un  verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.   Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsada, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.   Faktla bağlı araşdırma aparılır.