Maide.az

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

“Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir.   Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat evrib.   S.Əhmədova qeyd edib ki, bu gün onlardan 18 nəfərinin evə buraxılacağı gözlənilir:   “Bütün xəstələrə bütün lazımi tibbi yardımlar edilib”.   İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.   Məsələ ilə bağlı “Azərsu” ASC-nin yaydığı məlumatda bildirilir ki, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir.   Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır. Ehtimal olunur ki, onun yayılmasına səbəb su paylayıcı şəbəkədir. /