Maide.az

Sumqayıtda süpürgəçi qadını avtomobil vurub

Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.   Hadisə 26-cı məhəllə ərazisində baş verib.   Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.   Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.   Faktla bağlı araşdırma aparılır. /Report