Maide.az

Sumqayıtda silah-sursat tapılıb

Stansiya Sumqayıt qəsəbəsinin ərazisində silah-sursat tapılıb.    Maide.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.   Keçirilən əməliyyat zamanı Sumqayıt qəsəbəsinin ərazisindən 1 ədəd "AKM" markalı silah, 1 ədəd "F-1" qumbarası və 1 ədəd mərmi tapılıb.   Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.