Maide.az

Sumqayıtda parkomatlar quraşdırılır - qiymətlər

Artıq Sumqayıt şəhərində də parkomatların quraşdırılmasına başlanılıb. İlkin mərhələdə şəhər mərkəzi yerlərdə quraşdırılan parkomatların olduğu dayancaqlarda qiymətlər isə paytaxtla müqayisədə xeyli aşağıdır.   Sumqayıt nəqliyyatın hərəkətində intensivliyi təmin etmək üçün atılan addımlardan biri də yeni parkomatların quraşdırılmasıdır. bundan sonra şəhərində Layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək.   Layihəyə ıyğun olaraq parkomatlar ilk olaraq daha çox ehtiyac olan yerlərdə quraşdırılır.   Parkomatlarda qiymətlər isə bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manatdır. Paytaxtda isə qiymətlər yerinə görə müxtəlifdir. Belə ki, paytaxtın nisbətən kənar yerlərində qiymətlər saat başına 30 qəpikdən hesablansa da, mərkəzə doğru sürücülər saat başına 50 qəpik, hətta bir sıra yerlərdə hər saata görə 1 manat ödəməli olurlar.   Sumqayıt şəhərində yeni quraşdırılan parkomatlarda ödənişi nağd və plastik kartlarla etmək mümkündür.   Parkomatların quraşdırıldığı ərazilərdə əlilliyi olan insanlarda nəzərə alınıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, artıq parkomatların quraşdırılacagı yerlər bəllidir. Ərazi hazır olan kimi aparatlar quraşdırılır. (virtualaz)