Maide.az

Sumqayıtda iki avtobus toqquşub, 8 nəfər xəsarət alıb

Sumqayıtda iki marşrut avtobusu toqquşub.    Maide.Az -ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.    Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.    Faktla bağlı araşdırma aparılır.