Maide.az

Sumqayıtda faciə: Binanın lifti qırıldı

Çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb   Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.   Maide.Az  "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.   Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində liftdə olan 3 nəfər — 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.   Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.   Faktla bağlı araşdırma aparılır.