Maide.az

Sumqayıtda fəhlə 5-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıt şəhərində fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb.   Maide.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də Füzuli rayon sakini Yusif Səfərov Sumqayıt şəhəri ərazisində fəhlə işlədiyi yeni inşa edilən binanın eyvanından (5-ci mərtəbə) yıxılaraq ölüb.   Faktla bağlı araşdırma aparılır. /