Maide.az

Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyada

Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.   Maide.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib.   Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq".   Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.    Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.   Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.   Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilirb.