Sumqayıtda “Nizami” kinoteatrı `mühasirə`dən azad olunur: obyektlər sökülür – FOTO
Sumqayıtın Nəriman Nərimanov küçəsində "Nizami” kinoteatrının qarşısında tikilən obyektlərin söküntüsünə başlanılıb. Kinoteatrın qarşısında olan "Qaramanlı" ayaqqabı mağazası, "Mübariz" Təmir Tkinti Şirkətinin binası artıq sökülüb və yol kənarında olan digər obyektlərin də söküləcəyi bildirilir. Məlumata görə yol genişləndiriləcək və ərazi abadlaşdırılacaq.