Maide.az

Sumqayıt şəhərində evləri su basıb

Sumqayıt şəhərində evləri su basıb.  Maide.az-ın məlumatına görə, bu barədə ANS-in “qaynar xətti”nə sakinlər şikayət ediblər. Sakinlərin sözlərinə görə, dünəndən bəri güclü yağış yağması nəticəsində İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində evlərin həyətləri su ilə dolub. “Evdən həyətə çıxa bilmirik. İş o yerə çatıb ki, su evlərə də dolur. İcra Hakimiyyətinə də demişik, gəlib baxıb, çıxıb gediblər. Heç bir tədbir görülmür”, - deyə Elmar Salamov adlı şikayətçi bildirib. Məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi məsələlər üzrə müavi Sahib Quliyevin verdiyi məlumata görə, problem araşdırılacaq. “İndi hadisə yerinə işçi göndərirəm. Problem tezliklə aradan qaldırılacaq”, - deyə Sahib Quliyev bildirib.