Maide.az

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb

Nəticədə stansiyada sıxlıq yaranıb   Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.   Sumqayıt vağzalında Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çoxdur qatar gözləyir. Belə ki, saat 08:50 qatarı gəlməyib, 09:17 qatarının isə yolda olduğu bildirilib.   Nəticədə stansiyada sıxlıq yaranıb.   Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Report"a açıqlamasında bildirib ki, Sumqayıt-Bakı elektrik qatarının gecikməsinə Keşlə stansiyasında elektrik xəttində yaranan nasazlıq səbəb olub: "Bu səbəbdən qatar 40 dəqiqə gecikib. Hazırda problem aradan qaldırılıb". (report) /