Maide.az

Sudan prezidenti geri addım atdı - 'Postu gənclərə təhvil verəcəyəm'

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə qiymət artımı ilə bağlı davam edən aksiyalara görə geri addım atıb. Maide.Az “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, o, xalqa səslənərək ölkənin idarəçiliyini gənclərə təhvil verəcəyini elan edib: “Gənclərə səslənirəm. Özünüzü hazırlayın, biz idarəetməni təhvil verməyə hazırıq. Rəhbərliyə gəlmək istəyənlər 2020-ci ildəki seçkilərə hazırlaşsınlar”. Qeyd edək ki, Sudanda 3 həftədir hökumət əleyhinə keçirilən aksiyalarda 19 nəfər ölüb, 406 nəfər isə yaralanıb.