Maide.az

Sudanlı uşaqların mövcud vəziyyəti açıqlandı

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu olan UNICEF Sudandakı uşaqlarla bağlı hesabat yayıb.    Hesabatda vurğulanıb ki, Sudanda uşaqlar hal hazırda dəhşətli vəziyyətdə yaşayırlar.    "Yaşları 5-dən az olan təxminən 3 milyon uşaq yetərsiz qidalandıqları üçün müxtəlif xəstəliklərə yoluxublar. Bu uşaqlardan 570 mindən çoxunun vəziyyəti ağırdır", - deyə hesabatda diqqətə çatdırılıb.  Qeyd olunub ki, sudanlı uşaqlar zəiflik səbəbilə dünyada ilk sırada yer alırlar.  /eastnews.org/