Sudanda vertolyot qəzaya uğradı; əyalət başçısı, polis rəisi və digər rəsmilər həyatını itirdi - FOTO
Sudanın şərqində əyalət başçısı və digər rəsmiləri daşıyan vertolyot qəzaya uğrayıb, sərnişinlər və pilot həyatını itirib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, vertolyot Qadarif bölgəsində qəzaya uğrayıb. Vertolyotun qəzaya uğramasına səbəb rabitə qülləsinə çırpılaraq yanması olub. Hadisə nəticəsində Qadarif əyalətinin başçısı Mir Qəni Saleh, kabinet üzvləri, yerli polis rəisi və kənd təsərrüfatı naziri həyatını itirib. Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatıdırlıb.