Maide.az

Üstünə benzin töküb özünü yandırdı

Göygöl sakini intihara cəhd edib.   Maide.az-ın APA-ya istinadən məlumatına görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Aşırəliyev Cavanşir Valeh oğlu yanıq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.   Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.   Məlumata görə, C. Aşırəliyev üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.   Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. /