Maide.az

İstirahət günlərindəki qəzalar: 8 ölü

Azərbaycanda istirahət günlərində 12 yol qəzası qeydə alınıb.   Maide.İnfo xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 26-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.   Avqustun 27-də isə 4 yol qəzası olub, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb. /