Maide.az

İstirahət və bayram günləri yol qəzalarında 10 nəfər ölüb

Azərbaycanda istirahət və bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.   Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 24-dən 28-dək respublikanın avtomobil yollarında 26 yol-nəqliyyat hadisəsi baş verib.   Nəticədə 10 nəfər ölüb, 27 nəfər xəsarət alıb.