Maide.az

İstirahət gününə olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb   Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:   Bakıda və Abşeron yarımadasında                                     Mayın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-16, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.                                                                            Azərbaycanın rayonlarında Mayın 07-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. /