İstirahət və bayram günlərində 19 nəfər ölüb
İstirahət günləri və Qurban bayramında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, şənbə-bazar və Qurban bayramı günləri respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 17 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Daha bir hadisə isə sentyabrın 13-dən 14-nə keçən gecə Bakı şəhərində qeydə alınıb. Həmin hadisədə iki piyada ölüb. /